Şakiranın qısqanclıq isterikası…

Şakira Jerar Pikenin sevgilisi üçün cəhənnəmdə yerin olduğuna eyham vurub…

Müğənni Şakira keçmiş sevgilisinin, “Barselona”nın və İspaniya millisinin müdafiəçisi Jerar Pikenin sevgilisinin cəhənnəmdə yeri olduğuna eyham vurub.

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, Şakira bu barədə Las Estrellas telekanalının “En Punto” verilişində bildirib.

"Başqa qadınları dəstəkləməyən qadınlar üçün, cəhənnəm yeganə yerdir", deyə Şakira bildirib.

Şakiranın sözlərinə görə, o, əvvəllər qadınların tam xoşbəxt olması üçün kişiyə ehtiyacı olduğunu düşünürdü. Lakin müğənninin sözlərinə görə, indi o, başqa fikirdə olduğunu və özünə arxalanmağı öyrəndiyini söyləyib. Müğənni əvvəllər emosional cəhətdən kişilərdən asılı olduğunu vurğulayıb və qeyd edib ki, indi öz-özü ilə kifayətlənir.

“Növbəti raund üçün hazıram. Qoy həyat gəlib mənim üçün daha nələr hazırladığını göstərsin”, deyə Şakira həyata meydan oxuyub.

Keçən ilin iyununda Şakira və Jerar Pike 11 il birlikdə olduqdan sonra ayrıldılar. Futbolçu tələbəsi Klara Sia Marti üçün müğənnini tərk edib. Şakira və Jerar Pikenin birliklərindən iki oğlanları var.

Poliqon.info