Hipertoniyanın simptomları və profilaktikası…

Kardioloq hipertoniyanın simptomları və profilaktikası barədə məlumat verib…
Kardioloq Xripkova: “Nəfəs darlığı və baş ağrıları təzyiqin artdığını göstərə bilər”.

Poliqon.info xəbər verir ki, “Sber Sağlamlıq” onlayn tibbi xidmətinin kardioloqu Alena Xripkova hipertansiyonun simptomları və profilaktikası barədə məlumat verib.

Kardioloq Alena Xripkova “İzvestiya” nəşrinə bildirib ki, sabit olaraq yüksək təzyiq (130/80 mmHg və daha yüksək) nəfəs çatmazlığı, baş ağrısı və burun qanaması ilə müşayiət olunan arterial hipertenziyadan xəbər verə bilər. Mütəxəssis qeyd edib ki, insanlar hər il qan təzyiqini yoxlamalıdırlar. Onun sözlərinə görə, ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlər daha tez-tez yoxlanılmalıdırlar.

Dəvamlı artan yüksək təzyiq artıq ürək-damar sistemi xəstəliklərindən xəbər verə bilər.

“Hipertenziya xəstələrinin təxminən yarısı diaqnozlarından xəbərsizdir. Stereotiplərdən fərqli olaraq, yüksək təzyiq hər zaman yüksək təzyiq hər zaman insanın sağlamlığına təsir etmir”Ş deyə Xripkova qeyd edib.

Mütəxəssis əlavə edib ki, yüksək arterial təzyiq xəstə remisiyaya nail olsa belə, daimi tibbi nəzarəti tələb edən xroniki xəstəlikdir.

Poliqon.info