Adel sevgilisi Riç Polla nişanlanlandı

Müğənninin yaxınlarından biri bildirib ki, sevgililər bu yay toy etməyi planlaşdırırlar...

34 yaşlı müğənni Adel 41 yaşlı idman agenti Riç Pol ilə nişanlanıblar və bu yay evlənməyi planlaşdırırlar.

Poliqon.info xəbər verir ki, bu barədə “Daily Mail” portalı məlumat verib.

Qeyd edək ki, fevralın əvvəlində Adel “Brit Awards” mərasimində diqqət mərkəzində olub. “Easy on me” hitinin ifaçısı tədbirdə inanılmaz dərəcədə gözəl brilyant üzüklə çıxış edib.

Adel hətta fotoqraflara poza verərkən nişan barmağında olan bahalı üzüyünü gizlətməyə cəhd belə etməyib. Hətta çoxları belə düşünürdü ki, müğənni bu şəkildə sevgilisi, iş adamı Rich Paul ilə çoxdan gözlənilən nişanını səssizcə elan edir.

Cütlüyük nişanlanmaları barədə məlumatları təsdiqləməyib, lakin inkar da etməyiblər.

Adel 2017-2019-cu illərdə iş adamı Simon Konecki ilə evli olub. Keçmiş həyat yoldaşlarının 9 yaşlı Ancelo Ceyms adlı oğlu var. Müğənni Rich Paul ilə iki il əvvəl görüşməyə başlayıb.

Poliqon.info