Azərbaycan Müdafiə Nazirliyinin tibbi personalının bir qismi Kahramanmaraşdan qayıdır - Foto

Türkiyədə zəlzələnin baş verdiyi ilk gündən Kahramanmaraş şəhərində olan Azərbaycan Müdafiə Nazirliyinin tibbi personalının bir qismi Azərbaycana qayıdır...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın İstanbuldaki Baş konulu Nərminə Mustafayeva “Twitter“ hesabında məlumat paylaşıb.

O qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçiləri İstanbul Hava limanından yola düşən həkimlərimizə təşəkkür edərək xatirə lövhəsi hədiyyə edib.

poliqon.info