Təhlükəsizlik reytinqi: Ermənistan 7-ci, Azərbaycan isə 33-cü yerdə...

Hər gün küçələrində qarşıdurma yaşanan, mitinqlər keçirilən, həmçinin qətllər baş verən Ermənistanı təhlükəsiz ölkə olaraq necə dəyərləndirmək olar?..

Politoloq: “İstisna etmirəm ki, “Numbeo” araşdırma portalının bu məlumatında hansısa erməni lobbisinin əli olmayıb”.

“Hər bir halda belə bir siyahının tətbiq edilməsi, Təhlükəsizlik baxımından Ermənistanın 7-ci, Azərbaycanın isə 33-cü yerdə olması qərəzli bir addımdır”.

Bu sözləri politoloq Samir Hümbətov “Numbeo” araşdırma portalının dərc etdiyi təhlükəsəsiz ölkələrin siyahısını Poliqon.info-a şərh edərkən qeyd edib.

Məşhur araşdırma portalı olan “Numbeo” təhlüksəsiz ölkələrin reytinqini dərc edib. Dünyanın 142 ölkəsinin yer aldığı siyahıda Ermənistan təhlükəsizlik baxımından ən yaxşı nəticə göstərən 7-ci ölkə olub. Azərbaycan isə siyahıda 33-cü yerdədir.

Təhlükəsizlik baxımından Ermənistanın bu “uğurunu” nəylə əlaqələndirmək olar və demək olar ki, hər gün küçələrində qarşıdurma yaşanan, mitinqlər keçirilən, həmçinin qətllər baş verən Ermənistanı təhlükəsiz ölkə olaraq necə dəyərləndirmək olar?

Mövzunu Poliqon.info-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Onlar Ermənistanın imicini daha da artırmaq məqsədi ilə ölkəni belə bir siyahıya əlavə ediblər”.

“Numbeo” araşdırma portalının bu siyahısında sırf qərəzli yanaşmanın olduğunu vurğulayan politoloq bildirib ki, bu qərəzli mövqe də erməni lobbisi və ermənilərə dəstək verən qüvvələr tərəfindən həyata keçirilir:

“Bu cür araşdırma və təhlil mərkəzləri, agentliklər yaxud da hansısa portallar çox da dəqiq məlumat əks etdirən qurumlar deyillər. Çünki burada insan əli var və insan düşüncəsi öz maraqlarına uyğun olaraq da belə siyahılar tətbiq edir. Mən istisna etmirəm ki, “Numbeo” araşdırma portalının bu məlumatında hansısa erməni lobbisinin əli olmayıb. Böyük ehtimalla deyə bilərik ki, hansısa bir formada erməni lobbisinin bu işdə əli olub. Onlar Ermənistanın imicini daha da artırmaq məqsədi ilə ölkəni belə bir siyahıya əlavə ediblər.

Əlbəttə ki, burada maraqlı tərəflərin olması aydın görünür. Bu maraqların nədən olması da daha çox onların özlərinə bəllidir. Hər bir halda belə bir siyahının tətbiq edilməsi, Təhlükəsizlik baxımından Ermənistanın 7-ci, Azərbaycanın isə 33-cü yerdə olması qərəzli bir addımdır. Ancaq Azərbaycanın təhlükəsizlik konsepsiyası onların çıxardığı nəticədən asılı deyil.

Samir Hümbətov: “Böyük ehtimalla deyə bilərik ki, hansısa bir formada erməni lobbisinin bu işdə əli olub”.

“Numbeo” araşdırma portalı hər hansı bir formada öz maraqlarına uyğun siyahı tərtib edə bilərlər. Amma bu dəqiq olaraq həmin dövlətin daxilində baş verən prosesləri tam reallıqla əks etdirə bilməz. Buna görə də düşünürəm ki, bu cür portalların tərtib olunmasında müəyyən maraqlar var. Onlar həmin maraqlarına çıxış edərək addımlar atırlar.

Düşünürəm ki, “Numbeo” araşdırma portalının bu siyahısında sırf qərəzli yanaşma var. Bir daha qeyd edim ki, bu qərəzli mövqe də erməni lobbisi və ermənilərə dəstək verən qüvvələr tərəfindən həyata keçirilir”.

Nərminə UMUDLU Poliqon.info