Putinin dostu şahzadə Uilyamın uşaqlarının oxuduğu məktəbə sponsorluq edib

Arkadi Rotenberqin şahzadə Uilyamın uşaqlarının oxuduğu məktəbin sponsoru olduğu üzə çıxıb…

Rusiyalı milyarder Arkadi Rotenberq hazırda Britaniya taxtının vəliəhd cütlüyü Şahzadə Uilyam və Keyt Middltonun uşaqlarının oxuduğu Britaniya özəl məktəbi Lambrook School-da 2,2 milyon funt-sterlinq dəyərində hovuzun əsas sponsorlarından biri olub.

Poliqon.info xəbər verir ki, bu barədə The Sun tablodinin məlumatında bildirilib.

Rotenberqin keçmiş həyat yoldaşı Natalia The Sun-a bildirib ki, onun iki övladı Lambrookda oxuyarkən təhsil müəssisəsinin yenidənqurulması üçün on minlərlə funt ianə verib. Nəşr yazır ki, ehtimal ki, bu tarix 2013-cü ili əhatə edir. Həmin vaxt Rottenberqlər hələ boşanmamışdılar.

Lambrook məktəbindən The Sun-a bildiriblər ki, onların müəssisəsi hər hansı xeyriyyə töhfələrinin qanuniliyinə ciddi nəzarət edirlər.

Qeyd edək ki, Arkadi Rotenberq hələ 2014-cü ildə Aİ, ABŞ və Böyük Britaniya sanksiyalarına məruz qalıb. Sonradan Avstraliya, İsveçrə, Kanada, Ukrayna, Yaponiya və Yeni Zelandiya siyahılarına daxil edilib.

Poliqon.info