Rusiya Mərkəzi Bankından minə yaxın işçi ixtisar ediləcək…

Əmək haqqına qənaət etmək üçün minə yaxın adam Mərkəzi Bankdan işdən çıxarılacaq….

Poliqon.info xəbər verir ki, bu brədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Mərkəzi Bank əmək haqqına qənaət etmək üçün işçilərini min nəfər ixtisar edəcək

Rusiya Bankında hesab edirlər ki, tənzimləyicinin işçi heyəti olduqca israfçıdır. İşçi artıqlığına baxmayaraq, hazırkı şəraitdə bəzi Rusiya Bankının həyata keçirdiyi bəzi əməliyyatlar ya tamamilə yox çıxıb, ya da qismən həyata keçirilir. Qeyd edilir ki, biznesin rəqəmsallaşması da vəziyyətə təsir edib.

May ayına qədər Rusiya Bankının mərkəzi aparatı xərclərin optimallaşdırılması məqsədilə ştat sayının min nəfər azaldılmasını planlaşdırır və artıq ixtisarla bağlı sərəncamlar regional bölmələrə ötürülüb. Payızda daha bir ixtisar dalğası gözlənilir. Digər mənbə bildirib ki, Mərkəzi Bank işçilərə məzuniyyət üçün ödənilən maliyyə yardımını artıq ləğv edib.

Ekspertlər qeyd edirlər ki, Rusiya Bankına qarşı bir sıra hallarda işçilərin sayının çox olması ilə bağlı iddialar irəli sürülüb. Eyni zamanda, vəziyyətlə tanış olan mənbə iddia edir ki, indiki ixtisar Mərkəzi Bankın şöbələrinin yaradılmasına və yeni regionlarda işləmək üçün kadrların cəlb edilməsinə vəsait ayırmağa imkan verəcək.

Poliqon.info