İsraildə terrorçular üçün ölüm cəzası tətbiq edə bilər

Məlumatı İsrailin baş naziri Binyamin Netanyahu da təsdiqləyib…

Poliqon.info The Times of Israel nəşrinə istinadən xəbər verir ki, Nazirlərin Qanunvericilik Komitəsi terrorizmdə təqsirli bilinənlər üçün ölüm cəzasının tətbiqini təsdiqləyib.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu sosial şəbəkələrdə yazıb. Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ilə birgə bəyanatında o, İsrailin təhlükəsizliyini gücləndirmək üçün istənilən hüquqi addımı atacağını vurğulayıb.

“Terrora cavabımız terrorçulara güclü zərbə vurmaq və ölkəmizdəki köklərimizi dərinləşdirməkdir”, deyə Netanyahu bildirib.

Yaxın vaxtlarda qanun layihəsi baxılmaq üçün Knessetə (parlamentə) təqdim olunacaq. Qanunun müzakirəsi ehtimal ki, çərşənbə günü baş tutacaq.

Poliqon.info