Putin insanlıq üçün təhlükədir - İspaniyanın müdafiə naziri

Rusiya prezidenti itkilərə baxmayaraq, sona qədər mübarizə aparacağını açıq şəkildə bildirib…

Rusiya prezidenti Vladimir dünyada sülhün bərqərar olmasında maraqlı deyil və bunu Federal Məclisə müraciətində açıq şəkildə bildirdi.

Poliqon.info xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles “La Vanguardia” nəşrinə müsahibəsində deyib.

“Putin müraciətində sülh istəmədiyini vurğuladı. O, bu savaşı uduzduğunu yaxşı bilir. Onun “müharibə bitməyəcək” və Rusiyanın yenilməz olması ilə bağlı hədələyici bəyanatları onun bəşəriyyət üçün təhlükə olduğunu göstərir”, deyə Robles qeyd edib.

İspaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, Ukraynada sülh prosesinin başlanması ilk növbədə Putinin özünün fəaliyyətindən asılıdır.

“Putin bütün yolu gedəcəyini açıq şəkildə bildirdi. Biz hamımız sülh istəyirik, lakin Rusiya prezidenti heç bir şübhə olmadan, bu müharibəni davam etdirmək istədiyini çox açıq şəkildə bildirdi”, deyə Robles bildirib.

Poliqon.info