Dövlət Baxçalı futbol yarışlarının azerkeşlərsiz keçirilməsini təklif edir…

Ərdoğanın müttəfiqi stadionlarda istefaya çağırışlara görə futbol matçlarının tamaşaçısız keçirilməsinə çağırıb…

Poliqon.info xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı öz Twitter səhifəsində hökumət əleyhinə şüarlara münasibət bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Türkiyə çempionatının 23-cü turunun “Fənərbaxça” – “Konyaspor” matçında (4:0) azarkeşlərin hazırkı hökuməti istefaya çağıran şüarlar səsləndirdiyi videolar yayılıb. Baxçalı buna reaksiya verərək futbol matçlarının azarkeşsiz keçirilməsini təklif edib.

Baxçalı yazıb: “Qalatasaray-Alanyaspor və Beşiktaş-Alanyaspor matçlarında oxşar istefa çağırışları eşidilsə, futbol klublarımızın tələyə düşdüyü üzə çıxacaq”.

Qeyd edək ki, bəzi məlumatlara Türkiyə hakimiyyəti 44 mindən çox insanın ölümünə səbəb olan silsilə zəlzələlərin nəticələri fonunda may ayında prezident və parlament seçkiləri keçirmək planlarından imtina etməyə hazırlaşır. Qeyd olunur ki, Türkiyə dövlətinin lideri Rəcəb Tayyib Ərdoğanın hökuməti yayda səsvermə təşkil etmək niyyətindədir.

Poliqon.info