Britaniya nəşri: Rusiya Ermənistanın əli ilə Azərbaycan boru kəmərlərinə hücum hazırlayır...

Vladimir Putin Azərbaycandan qazın nəql olunduğu boru kəmərlərini sıradan çıxarmaq üçün erməni hərbçilərinə təlim keçməyə icazə verərək, Avropaya yeni hücum planlaşdırır...

Poliqon.info xəbər verir ki, belə bir sesnsasion iddia ilə Britaniyanın The Express nəşri çıxış edib…

Çarəsiz Rusiya Avropaya qaz axını təminatını pozmaq üçün yeni hücum planlaşdırır, deyə İngilis tabloidi kəşfiyyat mənbələri əsasən xəbərdarlıq edir. Məqalədəq eyd edilir ki, Vladimir Putin Azərbaycandan təbii qaz nəql edən boru kəmərlərinə zərbələr endirmək üçün Ermənistan qoşunlarının təliminə icazə verib.

Nəşr qeyd edir ki, bu addım iqtisadi dağıdıcı münaqişəyə son qoymaq istəyən və “sülh” üçün çərçivə planı hazırlayan Çin liderlərini məmnun etməyə bilər.

The Express-in yazdığına görə, “NATO tərəfindən edilən elektron müdaxilələr nəticəsində əldə edilən məlumatlara əsasən, Putin Ermənistan qoşunlarının Azərbaycandan təbii qaz nəql edən boru kəmərlərinə zərbələr endirmək üçün hazırlanmasına icazə verib. Plan həm də onun nəticələrini müzakirə etmək üçün son Münhen Təhlükəsizlik Konfransına toplaşan NATO-nun yüksək səviyyəli nazirləri və hərbi komandirləri arasında narahatlıq yaradıb.

Nəşrin vurğuladığı kimi, “Aİ-nin Rusiya qaz tədarükündən uzaqlaşdırılması qərarından sonra Azərbaycan Avropa üçün getdikcə daha qiymətli təbii qaz mənbəyinə çevrilir. Mənbələrin dediyinə görə, bunun qarşısını almaq üçün Moskva öz xüsusi təyinatlılarına Ermənistanda nəzarət edilən qüvvələr yaratmağa icazə verib. Plan Xəzər dənizinin Azərbaycan sektorundakı Şahdəniz qaz yatağından təbii qazı Türkiyəyə və onun hüdudlarından kənara nəql edən “Cənubi Qafqaz” boru kəmərinə hücumu nəzərdə tutur.

Məqalədə bildirilir ki, ikinci mərhələdə Rusiya Azərbaycan ordusunun böyük nailiyyətləri önləmək və hər iki ölkənin iddia etdiyi mübahisəli Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün Ermənistan ordusuna təlim keçəcək və onu yenidən silahlandıracaq.

“Moskva Azərbaycanın NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulmasından və 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədini imzaladıqdan sonra getdikcə Qərb mövqeyindən narazıdır. Əsas odur ki, o, Ermənistanda nüfuzunun azala biləcəyini də bilir”, deyə yüksək rütbəli hərbi mənbə qəzetə deyib.

“Həm Türkiyə, həm də NATO bütövlükdə müdafiə dayanıqlığını gücləndirməli olacaq”, deyə The Express məqaləni yekunlaşdırır.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info