Gəncədə bir həftə əvvəl avtomobillə vurulmuş gənc oğlan xəstəxanada ölüb

Gəncə şəhərində bir həftə əvvəl avtomobillə vurulmuş gənc oğlan xəstəxanada vəfat edib...

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi fevralın 18-də şəhərin Azərbaycan bayrağı küçəsində baş verib.

Belə ki, sürücü Gəray Hüseynli 18 yaşlı Sadiq Rəhimovu avtomobillə ehtiyatsızlıqdan vurub.

Mingəçevir Şəhər Regional Hospitalına yerləşdirilən yaralı fevralın 24-də dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Poliqon.info