ABŞ İrana qarşı yeni ixrac məhdudiyyətləri tətbiq edib

ABŞ Ticarət Departamenti Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq Rusiya, Belarus və İrana, eləcə də üçüncü ölkələrin qurumlarına əlavə ixrac məhdudiyyətləri tətbiq edən dörd qayda çıxarıb...

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Qaydalar Rusiyanın hərbi imkanlarını və gəlir mənbələrini məhdudlaşdırmaq və İran pilotsuz uçuş aparatlarından istifadəni məhdudlaşdırmaq məqsədi daşıyır.

Bunlara Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın hərbi və ya filtrasiya əməliyyatlarına dəstək verən qurumlar, eləcə də üçüncü ölkələrin, o cümlədən Çinin Rusiyanın hərbi və ya müdafiə sənayesi bazasına töhfə verən qurumları daxildir.

poliqon.info