Almaniya kansleri: Ukraynada danışıqlar üçün hələ zəmin yaranmayıb

Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişə ilə bağlı danışıqların vaxtının hələ çatmadığını bildirib...

Poliqon.info xəbər verir ki, bu barədə ZDF telekanalı məlumat yayıb.

“Sülh perspektivini yaradan zəmin hələ yoxdur. Bu səbəbdən Rusiya prezidenti Vladimir Putinlə, hər şeyin onun gördüyü kimi olmadığına inandırmaq üçün, dialoqlar davam edir”, deyə Şolts, telekanala verdiyi müsahibədə deyib .

Bundan əlavə kansler qeyd edib ki, Rusiya rəhbərliyi danışıqlarda qarşı tərəfin şərtsiz təslim olmasını nəzərdə tutan yalnız bir formasını qəbul edir.

Kanslerin fikrincə, ukraynalılar üçün məqbul və düzgün nəticələrə gətirib çıxaracaq ədalətli danışıqların mümkün olacağı ana ümid etmək lazımdır.

Poliqon.info