Bakıda döyülən gənc qızın əli sınıb

Hadisənin təfərrüatı araşdırılır...

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2001-ci il təvəllüdlü Abdullayeva Mədinə Səxavət qızı tanıdığı şəxs tərəfindən döyülərək xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Poliqon.info