Cütlük lotereyada külli miqdarda pul qazandı, amma mükafatı ala bilmədi

Kanadadan olan evli cütlük öz biganəlikləri və laqeyidlikləri ücbatından böyük uduşu ala bilməyib…

Poliqon.info xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb. Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Şahzadə Corc şəhərinin sakinləri lotereyada cekpot qazanıblar, lakin mükafatlarını tələb edə bilməyiblər.

Bunun səbəbi Den və Serise Lyuisin yataq otağını təmizləyərkən Milad bayramını qeyd etmələrindən sonra qalan əşyalar qutusunun içindəkilərə diqqətlə baxmamaları olub. Belə ki, cütlük bir müddət sonra digər xırda şeylər arasında ani lotereya bileti tapıb və bundan sonra 100 min ABŞ dolları məbləğində pul udduqlarını öyrəniblər.

Təəssüf ki, cütlük biletlərini beş gün gec təqdim etdikləri üçün uduşlarını tələb edə bilməyiblər. Çünki lotereya təşkilatçıları qaydaları poza və qaliblərə mükafat verə bilməyiblər.

Poliqon.info