ABŞ Tayvanda olan hərbiçilərinin sayını dörd dəfə artırır…

Birləşmiş Ştatlar Tayvandakı hərbiçilərinin sayını dörd dəfədən çox artırmağı planlayır….

Poliqon.info xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi Çini təxribata çəkməmək üçün müvafiq məlumatları yaymamağa üstünlük verib.

Məlumatda bildirilir ki, belə bir addımın atılmasında məqsəd “Çin tərəfindən artan təhlükə qarşısında adanın silahlı qüvvələrinin təlim proqramlarına dəstək verməkdir”.

Bundan əlavə, yaxın aylarda Vaşinqton öz hərbiçilərinin sayını 30-dan 100-200 nəfərə qədər artırmaq niyyətindədir.

Pentaqonun gizli saxlamağa çalışdığı təlim proqramının genişləndiriləcəyi də bildirilir, çünki ABŞ Pekini təxribat etmədən Tayvanı Çindən “özünümüdafiə” vasitələri ilə təmin etməyə çalışır.

Poliqon.info