Avstraliya Ukraynaya PUA bağışlayacaq

Avstraliya 33 milyon dollarlıq yardım paketi çərçivəsində Ukraynaya PUA-lar verəcək...

Bu barədə APA ABC telekanalına istinadən xəbər verir.

Federal hökumət paket çərçivəsində “pilotsuz uçuş sistemlərini” Kiyevə təhvil verəcək.

Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, bu dəstək Ukrayna Silahlı Qüvvələrinə müşahidə və döyüş meydanında kəşfiyyat imkanları verəcək.

poliqon.info