Paşinyan martın 3-də Berlində Almaniya prezidenti ilə görüşəcək

Paşinyan sonuncu dəfə Berlinə 44 günlük müharibədən əvvəl səfər etmişdi...

Martın 3-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ermənistanın baş naziri Nikol Paşinyanı Berlindəki Bellevue qəsrindəki iqamətgahında qəbul edəcək.

Bu barədə Almaniya prezidentinin mətbuat xidməti məlumat verib. Mənbə danışıqların gündəliyi barədə ətraflı məlumat vermir.

Ermənistan hökuməti hələlik gözlənilən səfərlə bağlı məlumat verməyib. Paşinyan sonuncu dəfə Berlinə 44 günlük müharibədən əvvəl səfər etmişdi.

Bu ay xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın paytaxtına səfər edib, burada almaniyalı həmkarı, kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Olaf Şolz və Bundestaqın nümayəndələri ilə görüşlər keçirib.

Poliqon.info