ABŞ-da təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

ABŞ-ın Arkanzas ştatında Litl-Rok milli hava limanı yaxınlığında “Beech BE20” ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

“Report” ABC telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Məlumata görə, təyyarənin göyərtəsində 5 nəfər olub.

Polis idarəsinin əməkdaşı vurğulayıb ki, həmin vaxt güclü fırtına yaxınlaşırdı: “Bu iki hadisənin bir-birinə bağlı olub-olmadığını bilmirəm, ancaq həmin vaxt güclü külək əsib, bir neçə dəqiqə güclü yağış yağıb”.

Poliqon.info