FT: Rusiya ordusu özünə məxsus bir neçə təyyarəni vurub

Ukrayna ilə müharibənin əvvəlində Rusiya ordusu özünə məxsus bir neçə təyyarəsini vurub…

Poliqon.info xəbər verir ki, bunu Financial Timesnəşri iki Qərb və bir Ukrayna rəsmisinə istinadən yazıb.

Keçmiş yüksək rütbəli ABŞ rəsmisi deyib ki, vurulan təyyarələrin sayı iki rəqəmli deyil,lakin bir neçə Rusiya təyyarəsi “qardaşcasına” açılan atəşin qurbanı olub.

Bu, Rusiyada quru qoşunlarının iştirak etdiyi döyüş əməliyyatlarında təcrübəli pilotların itirilməsinə səbəb olub.

Ukrayna Hərbi Kəşfiyyatının rəis müavini Vadim Skibitski deyir ki, vurulan təyyarələrlə bağlı məlumatlar Rusiya hərbçilərinin “müdaxiləsini” təsdiqləyir.

“Onlar ğz helikopterlərini də vurublar və təyyarələrini də”, deyə Skibitsky bildirib.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) “Hərbi Balans” hesabatına görə, Ukrayna ilə müharibədə Rusiyanın aviasiyası itkiləri 6-8% qiymətləndirilir. Bəzi təyyarələr üçün (məsələn, Su-24M bombardmançıları və Su-30SM çoxməqsədli qırıcılar) itkilər 10-15% təşkil edir. Araşdırmaçılar bildirirlər ki, Rusiya Aerokosmik Qüvvələri də çoxlu sayda Su-25 və Su-34 təyyarələrini itirib.

Poliqon.info