Cennifer Lopez əkizlərini təbrik edib

Dünyaca ünlü Hollivud ulduzu Cennifer Lopez sosial şəbəkələrdə yeni paylaşım edib...

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, ulduz sosial şəbəkədə əkiz uşaqları Emma və Maximilian ilə arxiv fotoşəkilləri olan bir video paylaşıb. Müğənni oğlunu və qızını 15 illik yubileyi münasibətilə təbrik edib.

“Ad gününüz mübarək, mənim gözəl kakoslarım. Hər ikinizlə hər mənada fəxr edirəm. Sizi sonsuz sevirəm”, deyə Cennifer Lopez yazıb.

Qeyd edək ki, Cennifer Lopez 2004-cü ildə Mark Entoni ilə evlənib. Nikah Mark Entoninin Dayanara Torresdən boşanmasından bir həftə sonra baş tutub. Cütlük 2007-ci ildə birgə turne zamanı ilk övladlarını gözlədiklərini açıqlayıblar. 22 fevral 2008-ci ildə əkizlər - Emma və Maksimilian dünyaya gəlib. Ancaq 2011-ci ildə Cennifer Lopez və Mark Entoni ayrılıb

2021-ci ildə Cennifer Lopez 2002-2003-cü illərdə birlikdə olduğu Ben Affleklə yenidən bir araya gəlib. 16 iyul 2022-ci ildə məşhurlar evləniblər.

Poliqon.info