İmişlidə oğul atasını bıçaqladı
Faktla bağlı cinayət işi başlanılıb...
İmişlidə oğul atasını bıçaqlayıb.
APA xəbər verir ki, hadisə rayonun Hacırüstəmli kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Cavid Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib və Cavid Bədirxanov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.
Poliqon.info