İlon Mask Nulandı Ukrayna münaqişəsini qızışdırmaqda ittiham edib

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland öz hərəkətləri ilə Ukraynada münaqişənin daha da gərginləşməsinə kömək edir...

Polqion.info xarici mətbuata əsasən xəvər verir ki, məşhur amerikalı iş adamı İlon Mask bunu sosial şəbəkədə yazıb.

“Heç kim bu münaqişəni Nuland qədər çox qızışdırmır”, deyə milyarder sosial şəbəkədə yazıb. Bununla o, ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlarda iştirakı ilə bağlı məqaləyə münasibət bildirib.

Qeyd edək ki, Viktoriya Nuland Ukraynanın Krımda Rusiyanın hərbi obyektlərinə zərbələr endirməsini dəstəkləyir. O, bu obyektləri Ukrayna ordusu üçün “qanuni hədəflər” adlandırıb.

Poliqon.info