Lavrov və Van İ Çinin Ukrayna ilə bağlı nizamlama planını müzakirə etməyiblər

Bu gün Moskvada baş tutan görüşdə Lavrov və Van İ Ukraynadakı münaqişə ilə bağlı Çinin sülh planını müzakirə etməyiblər…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van İ Ukrayna ilə bağlı Çinin sülh planını müzakirə etməyiblər.

Poliqon.info xəbbər verir ki, barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Çinli tərəfdaşlar Ukrayna böhranının köklü səbəbləri, eləcə də onun siyasi həllinə yanaşmalar barədə bizə öz fikirlərini bildirdilər. Heç bir ayrıca “plan” dan söhbət gedə bilməz”, deyə Zaxarova Rusiya XİN-in saytında bildirib.

Nazirlik sözçüsü vurğulayıb ki, Rusiya tərəfi Çinin qaynar beynəlxalq problemlərin həllində konstruktiv rolunu alqışlayır. Onun sözlərinə görə, Moskva və Pekin hazırkı Ukrayna böhranının səbəbləri barədə razılığa gəliblər.

Poliqon.info