Budanov Rusiyada baş verən yanğınların təsadüfi olmadığını deyib

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, Rusiyada bir çox iri yanğınlar təsadüfi deyil...

Bu barədə Poliqon.info Ukrayna nəşrinə istinadən xəbər verir.

Rusiyada baş verən böyük yanğınların qəza və ya hərbi əməliyyatların nəticəsi olub-olmaması ilə bağlı sualı cavablandıran Budanov deyib ki, bir çox hallarda bu yanğınlar təsadüfən olmur.

“Bir şeylər daim yanır ... boş yerə yanmadığı aydındır” deyə Ukrayna hərbi kəşfiyyatının rəhbəri bildirib.

Bildirək ki, bu gün Krasnoyarskda soyuducu zavodunun anbarı yanır. Günorta saatlarına doğru yanğın sahəsi 12,5 min kvadratmetrə çatıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Rusiyanın iri şəhərlərində, o cümlədən Moskvada böyük yanğınlar baş verir.

Poliqon.info