Rusiya “Dnestryanı Respublika”dan imtina edir? – Sensasion iddia

Tanınmamış “Dnestryanı Respublika” 5 il müddətində Moldavaya inteqrasiya etməyə hazırdır...

Poliqon.info xəbər verir ki, belə bir sensasion iddia ilə Kremlə yaxınlığı bilinən “Образ будущего” Telegram kanalı çıxış edib.

Kanal yazır ki, Tiraspolun hərbi-siyasi rəhbərliyi 5 illik keçid dövründə Moldova ilə inteqrasiyaya hazırdır. Separatçıların tək şərti isə rus və moldova dillərində rəsmi sənəd dövriyyəsinin 5 il müddətində saxlanılmasıdır. Bu müddət ərzində regionun sosial və infrastruktur problemləri həll olunmalıdır.

Kanal bunu Rusiyanın çoxdan tanınmamış respublika üzərində nəzarətini itirməsi ilə əlaqələndirir. Buna baxmayaarq, Rusiya separatçıların, hərbuiçilərin və ərazidə yaşayan bütün insanalrın xərclərini çəkir. Hətta Dnestryanıda yaşayanlar kommunal xərclərdən də pulsuz istifadə edirlər və bütün bunlar Rusiya büdcəsi hesabına başa gəlir.

Digər tərəfdən Rusiya mətbuatı yazır ki, Ukraynanın Dnestryanıya hücumu bir nömrəli təhlükə halına gəlib. Çünki bu ərazidə keçmiş SSRİ-dən qalan nəhəng silah anbarları və çoxlu sursat var. Bu silah və sursatlar Ukrayna Silahlı Qüvvələrinin əlinə keçisə, Qərbin heç bir köməyi olmadan Ukrayna bir il döyüşə bilər.

Qeyd edək ki, beynəlxalq aləmdə Moldava ərazisi olaraq tanınan “Dnestryanı Respublika” SSRİ parçalandıqdan öz “müstəqilliyini” edib. Bölgədə əsasən etnik ruslar yaşayır. Tanınmamış respublikanın ərazisində 2000 rus sülhməramlı kontingenti xidmət edir. Ərazinin Rusiya ilə sərhədi yoxdur və Ukraynanın Odessa vilayəti ilə həmsərhəddir.

Poliqon.info