Medvedev: Rusiya müharibədə qalib gəlməsə, mövcud olmayacaq…

Rusiyanın sabiq prezidenti və baş naziri Dmitri Medvedyev Ukrayna ilə müharibədə güzəştə gedilərsə, Rusiyanın mövcud olmayacağı ilə bağlı xəbərdarlıq edib…

Poliqon.info xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında ABŞ prezidenti Co Baydenin Polşadakı çıxışını şərh edərkən yazıb ki, əgər Rusiya Ukraynada “xüsusi hərbi əməliyyatı” dayandırsa, o zaman Rusiya parça-parça olacaq.

Medvedyevin fikrincə Rusiya bu müharibədə qələbə qazana bilməzsə və hədəflərinə çatmazsa, Rusiya dövləti mövcudluğunu itirəcək.

Xatırladaq ki, dünən Amerika lideri Co Bayden Varşavada Ukrayna münaqişəsi ilə bağlı geniş çıxış edib. Bayden rus xalqına müraciət edib və bildirib ki, Putina müharibəni dayandır maq istəsə müharibə elə indi başa çatacaq. Ukraynalılar isə özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq.

Poliqon.info