Rusiyanın əlində olan İran pilotsuz təyyarələri tükənmək üzrədir…

Rusiyanın Ukraynadakı müharibədə istifadə etdiyi İran pilotsuz təyyarələrinin ehtiyatları tükənə bilər…

Poliqon.info xəbər verir ki, bu barədə Bloomberg Agentliyi Avropa rəsmilərinin hesablamalarına istinadən yazır.

Dronların çatışmazlığının göstəricilərindən biri də son on gündə onların buraxılışlarının əhəmiyyətli dərəcədə azalmasıdır.

Bloomberg-in məlumatına görə, pilotsuz uçan aparatlardan istifadənin dayandırılması Rusiyanın gələcək hücumlar üçün ehtiyat toplaması ilə də bağlı ola bilər.

Agentliyin mənbələrindən biri bildirib ki, Moskva davamlı olaraq İrandan və digər ölkələrdən yeni döyüş təyyarələri və digər silahların alınması üzərində işləyir.

Qərb kəşfiyyatı və hərbi analitiklərinin fikrincə, Rusiya sentyabr ayından Ukraynaya qarşı, o cümlədən kritik infrastruktura hücum etmək üçün İran pilotsuz təyyarələrindən istifadə edir. Moskva İran silahlarından istifadəni təkzib edib. Qeyd edək ki, Ukrayna müharibəsi fonunda Tehran kustar üsulla yaradılan, ucuz və ölümcül pilotsuz təyyarələrin istehsalı üzrə dünya liderlərindən birinə çevrilib.

İran Rusiyaya üç model pilotsuz uçuş aparatı tədarük edir: Shahed 131 və 136 kamikadze dronlar və kəşfiyyat və ya raket zərbələri üçün istifadə oluna bilən Mohajer pilotsuz təyyarələri.

Fevralın əvvəlində “The Guardian” yazıb ki, İran Ukrayna ilə müharibədə istifadə üçün Rusiyaya yeni tipli uzaqmənzilli dronları daşımaq üçün gəmilərdən və dövlətə məxsus aviaşirkətdən istifadə edir.

Poliqon.info