İtaliyanın baş naziri: Roma Kiyevə istənilən dəstəyi verəcək

İtaliyanın baş naziri Corciya Meloni bildirib ki, Roma sülh danışıqları başlayana qədər Kiyevə hər cür dəstəyi verəcək...

Poliqon.info TASS Agentliyinə istinadən xəbər verir ki, Meloni bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazirin sözlərinə görə, indi Ukraynaya döyüş təyyarələrinin göndərilməsi müzakirə olunmur, ona görə də İtaliya hazırda hava hücumundan müdafiə vasitələrinin Ukraynaya göndərilməsinə diqqət yetirir.

İtaliyanın Baş naziri gələcəkdə Ukraynaya uzaqmənzilli raketlərin göndərilə biləcəyini istisna etməyib.

Meloni qeyd edib ki, İtaliya hökuməti hazırda Ukraynaya pilotsuz təyyarələrin də daxil ola biləcəyi yeddinci hərbi yardım paketi üzərində işləyir.

Poliqon.info