Kürdəmirdə zəncirvari qəza baş verib, xəsarət alanlar var

Fakt araşdırılır...

Kürdəmirdə zəncirvari qəza baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

İki "VAZ-2107" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində sürücülər, rayon sakinləri 35 yaşlı Əbilov Namiq Söhrab oğlu və 50 yaşlı Məmmədov Akif Emin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Hər iki yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

Poliqon.info