Ərdoğan Baxçalı ilə birlikdə Osmaniyə şəhərinə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə birlikdə zəlzələnin fəsadlar törətdiyi Osmaniyə şəhərinə gedib...

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, onlar Osmaniyədən Qaziantepə gedəcək.

Ərdoğanın zəlzələdən əziyyət çəkən vətəndaşlarla görüşü gözlənilir.

poliqon.info