Blinken: Yunanıstan və Türkiyə birtərəfli addımlar atmamalıdır

Türkiyə səfərindən sonra Yunanıstana gedən ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasındakı əlaqələri dəyərləndirib...

APA xəbər verir ki, bu barədə Blinken yunanıstanlı həmkarı Nikos Dendiasla birgə mətbuat qarşısında çıxışında danışıb.

"Yunanıstan və Türkiyə bizim tərəfdaşlarımız, müttəfiqlərimiz, dostlarımızdır, biz regionda təhlükəsizlik üçün, digər məsələləri diplomatik yolla həll etmək və gərginliyi artıran təhdidlərdən qaçmaq üçün onlarla birbaşa və NATO vasitəsilə əməkdaşlığı davam etdiririk", - Blinken deyib.

O əlavə edib ki, əgər fikir ayrılıqları həll olunarsa, yunan və Türkiyə xalqları üçün bu gün gördüyümüzdən daha böyük imkanlar açılacaq.

"Yunanıstan və Türkiyə münaqişələri həll etməyə çalışarkən birtərəfli addımlar atmamalıdır", - ABŞ dövlət katibi Ankara və Afinanın fikir ayrılıqlarını həll edə biləcəyinə inandığını bildirib.

"Dostlarımız, tərəfdaşlarımız arasında fikir ayrılıqlarını diplomatik və sülh yolu ilə həll etmək vacibdir və ABŞ bu səyləri dəstəkləyəcək", - Blinken vurğulayıb.

poliqon.info