Bakıda qızıl medal qazanan gimnast: “Bu, tarixi nəticədir”

Medalın əyarının qızıl olması əla nailiyyətdir...

“Bakıda qazandığım çempionluq tarixi nəticədir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun qadınlar arasında həm fərdi, həm də sinxron yarışlarında qızıl medal qazanan braziliyalı Kamilla Qomes ölkəsinin mətbuatına açıqlamasında deyib.

29 yaşlı Qomes finalda batut üzərinə ilk çıxan idmançı olsa da, elə həmin an fəxri kürsüyə qalxacağına əmin olduğunu bildirib: “Bu medalları təkcə fərdi yox, həm də qadınların sinxron cütlərində əldə etdiyim üçün çox sevindim. Fərdi finalda ilk olaraq mən yarışdım. Seriya çox yaxşı alındı. Həmin an medal alacağıma əmin oldum. Medalın əyarının qızıl olması isə əla nailiyyətdir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutan Dünya Kubokunun fərdi yarışında Azərbaycanı təmsil edən Selcan Mahsudova bürünc medal qazanıb.

Poliqon.info