Kuleba Rusiya ilə Avro-Atlantik məkan arasında davamlı sülh üçün iki şərt açıqlayıb…

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Şərqi Avropada və bütün Avro-Atlantik məkanda davamlı sülhün bərqərar olması üçün bir neçə şərt olduğunu deyib…

Poliqon.infi xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“Bölgədə və bütün Avro-Atlantik məkanda davamlı sülhü təmin etmək üçün nə etmək lazımdır? Bu sualın iki cavabı var. Birincisi, Ukrayna Aİ və NATO-ya üzv olmalıdır. İkincisi, Rusiya dəyişməlidir. Ən maraqlı müzakirə isə Rusiya ilə nə etmək barədədir”, deyə nazir bildirib.

“Düşünürəm ki, ruslar özləri normal həyata qayıtmaq üçün nəyi dəyişdirmək lazım olduğunu düşünməlidirlər. Nəhayət, dayanıqlı sülh o zaman mümkün olacaq ki, Rusiya təhdid olmaqdan əl çəksin”, deyə Kuleba qeyd edib.

Poliqon.info