Yaponiya Ukraynaya 5,5 milyard dollar ayıracaq

Yaponiya Ukraynaya 5,5 milyard dollar maliyyə yardımı ayırmağa qərar verib...

Poliqon.info xarici mətbiata əsasən xəbər verir ki, bunu baş nazir Fumio Kişida dördüncü illik Tokio Qlobal Dialoq Forumunun açılışında çıxışı zamanı deyib.

“Biz Ukraynaya 5,5 milyard dollar məbləğində əlavə maliyyə yardımı göndərəcəyik”, deyə Baş nazir bildirib.

Kişida həmçinin xatırladıb ki, Tokio son bir ildə Ukraynaya və onun vətəndaşlarına dəstək verib.

Qeyd edək ki, ötən həftə Norveç parlamenti beş il ərzində Ukraynaya 7,4 milyard məbləğində maliyyə yardımı göstərmək niyyətində olduğunu açıqlayıb. Kiyev hərbi və humanitar ehtiyaclar üçün Oslodan ildə bir milyard yarım dollar alacaq.

Poliqon.info