Günün brifinqi: İranda 84%-ə qədər zənginləşdirilmiş uran aşkarlanıb - Bu nə deməkdir?

İranda 84%-ə qədər zənginləşdirilmiş uranın aşkarlanması - bu nə deməkdir, nəyə gətirib çıxara bilər və bu, həqiqətən də doğrudurmu?..

Poliqon.info xəbər verir ki, Bloomberg Agentliyi iki yüksək vəzifəli anonim diplomatik mənbəyə istinadən məlumat yayıb ki, İranda nüvə silahı yaratmaq üçün lazım olan səviyyədən bir qədər aşağı zənginləşdirilmiş uran aşkar edilib. Nəşr həmçinin İranla bağlı yeni beynəlxalq böhranın mümkünlüyündən də yazır. MAQATE indiyədək səs-küylü bəyanatlar verməkdən çəkinib, yalnız zəruri hallarda öz direktorlar şurasına məlumat verəcəyini vəd edib.

Yayılan məlumatlara inanrsaq, vəziyyət ciddi görünür. Çünki Uranın 84% zənginləşdirilməsi tez bir zamanda nüvə silahı əldə etməyə imkan verir, əslində bu, demək olar ki, İranın əlində hazır hazır bomba olması deməkdir. Bu baxımdan, narahatlıq məntiqlidir. Əgər Bloomberg həqiqəti yazıbsa bu, ciddi beynəlxalq böhrana səbəb ola bilər.

Bu halda hadisələr təxminən aşağıdakı ssenari üzrə inkişaf edə bilər: BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılacaq, “nüvə beşliyi” ölkələrinin işçi qrupunun fəallaşacaq və “biz bununla nə etməliyik” ruhunda müzakirələr aparılcaq.

Bu məsələdə beynəlxalq reaksiyanın olmaması və danışıqlardan imtina gözlənilməz nəticələrə gətirib çıxara bilər. Məsələn, İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi mümkündür və bunun ardınca regionda genişmiqyaslı qarşıdurma yarana bilər.

Əgər İranın nüvə silahı əldə etmək cəhdinin qarşısı diplomatik yollarla alınmazsa, bölgədə böyük müharibənin, ABŞ-ın, İsrailin və hətta NATO-nun iştirak etdiyi müharibə qaçınılmaz olacaq…

Poliqon.info