Bayden Varşavada NATO-nun şərq cinahının liderləri ilə görüşəcək

Ağ Ev: Co Bayden Varşavada NATO-nun şərq cinahının liderləri ilə bir araya gələcək…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Polşaya gözlənilən səfəri zamanı NATO-nun şərq cinahının liderləri ilə görüşməyi planlaşdırır. Bu görüşlər vasitəsilə Amerika lideri ABŞ-ın NATO təhlükəsizliyinə sarsılmaz dəstəyini bir daha təsdiq edəcək.

Qeyd edək ki, Baydenin Polşa səfəri Rusiyanın Ukraynada müharibəyə başlamasının ildönümü ərəfəsinə təsadüf edəcək.

Baydenin bu gün, fevralın 20-də Varşavaya gedəcəyi gözlənilir. Ağ Evdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Avropaya səfəri zamanı ABŞ prezidentinin Ukraynaya səfər etmək planı yoxdur.

Poliqon.info