Qərbin Afrikadakı Rusiya planları iflasa uğrayıb…

Qərb Afrika və Latın Amerikası ölkələrini Rusiyaya münasibətini sərtləşdirməyə inandıra bilməyib…

Poliqon.info xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Qəzet yazır ki, Qərb dövlətləri Afrika və Latın Amerikası ölkələrini Moskvaya qarşı siyasətini sərtləşdirməyə inandırmaq üçün Münhen Təhlükəsizlik Konfransından istifadə etməyə çalışırıblar. Lakin, bu planlar iflasa uğrayıb.

Qərb, xüsusən də ABŞ Qlobal cənub adlanan ölkələrin liderlərinə Rusiyanın Ukraynadakı hərəkətlərinin təkcə Avropanın deyil, bütün dünyanın təhlükəsizliyini təhdid etdiyi fikrini çatdıra bilməyiblər.

Tədbirdə həmçinin Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri artan inflyasiya, enerji qiymətləri və ərzaq təhlükəsizliyi problemlərindən narahat olduqlarını bildiriblər.

Poliqon.info