İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə mədəniyyət mərkəzini vurub

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 F-16 təyyarəsi Dəməşqdə mədəniyyət mərkəzini dağıdıb…

Poliqon.info xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinin məlumatında bildirilir.

Dəməşqdəki Texniki İnstitutun və mədəniyyət mərkəzinin binaları İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələrdən sonra dağıdılıb. “RİA Novosti” xəbər verir ki, bunu Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini, general-mayor Oleq Qurinov brifinq zamanı deyib.

Onun sözlərinə görə, hücum bazar günü, fevralın 19-na keçən gecə baş verib.

“Saat 00.22-dən 00.27-dək İsrail Hərbi Hava Qüvvələrinə məxsus dörd F-16 taktiki qırıcısı Qolan təpələrindən raket hücumu həyata keçirib, nəticədə Texniki Tətbiqi İncəsənət İnstitutunun və Kəfr Sus ərazisindəki mədəniyyət mərkəzinin binaları dağıdılıb. Dəməşq”, deyə Qurinov bildirib.

O, Suriya tərəfinin məlumatlarına istinadən bildirib ki, hücum nəticəsində 5 nəfər həlak olub, daha 15 nəfər yaralanıb.

Qeyd edək ki, İsrail tərəfi hücum nəticəsində İranın təlim mərkəzinin vurulduğu və zərbə nətincəsində bir neçə yüksək rütbəli İnqilab Keşikçisinin öldürüldüyü bildirilir.

Poliqon.info