Bakıda 7 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda 7 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib.

Bu barədə Poliqon.info-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Belə ki, paytaxtın Azərbaycan prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar İstiqlaliyyət, Şeyx Şamil, Bünyad Sərdarov və Lermontov küçələrində avtomobillərin hərəkətinə müvəqqəti məhudiyyətlər qoyulub.

Bu məhdudiyyətlər səbəbindən 6, 10, 18, 31, 53, 65, 205 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar alternativ küçə və prospektlərdən istifadə edirlər, BNA qeyd edir.

Poliqon.info