Soros: Keçmiş SSRİ respublikaları Rusiyanın məğlubiyyətini səbirsizliklə gözləyirlər...

Rusiyanın Ukrayna ilə münaqişədə uduzması Rusiya imperiyasının parçalanmasına gətirib çıxaracaq…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, 92 yaşlı Sorosun Münhen Təhlükəsizlik Konfransındakı çıxışının mətni onun rəsmi saytında dərc olunub.

Amerikalı milyarder Corc Soros bildirib ki, Ukraynadakı münaqişə “Rusiya imperiyasının dağılması” ilə yekunlaşa bilər.

İş adamı qeyd edib ki, keçmiş SSRİ respublikaları Rusiyanın Ukrayna ilə münaqişədə məğlub olmasını səbirsizliklə gözləyirlər, çünki onlar öz müstəqilliklərini qorumaq istəyirlər.

Sorosun fikrincə, Ukraynanın qələbəsi Rusiya imperiyasının parçalanmasına gətirib çıxaracaq, Rusiya isə artıq Avropa və dünya üçün təhlükə yaratmayacaq.

“Belə bir inkişaf açıq cəmiyyətlərə böyük rahatlıq gətirər və qapalı cəmiyyətlər üçün böyük problemlər yaradar”, deyə milyarder qeyd edib.

Soros həmçinin bildirib ki, ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski dekabrın 22-də keçirilən görüşdə hazırkı münaqişəyə son qoymağın yeganə yolunun qalib gəlmək olduğuna dair razılığa gəliblər. Bununla belə, Bayden Zelenskiyə xəbərdarlıq edib ki, onun Kiyev üçün edə biləcəyi işlərin hədləri var, deyə Soros iddia edir.

Poliqon.info