Ukraynalı Vladimir Putin …

Ukraynalı jurnalistlər Xmelnitski şəhərində Rusiya prezidenti kimi adı Vladimir Putin olan yerli sakin tapıblar…

Poliqon.info xəbər verir ki, bu barədə Ukraynanın TSN.ua nəşri məlumat yayıb.

Ukrayna pasportunda onun adı bir az fərqli yazılır: Volodimir Putin. Ukraynalı Putinin atasının adı fırqli olsa da, inisialları eynidir. Xmelnitskidən olan Putin Vladimiroviç deyil, Vasilieviçdir. Yəni bütün hallarda Ukraynalı Putin də VVP-dir.

Bu insanın başına bəzən adına görə gülməli hadisələr gəlir..

“Dövlət müəssisələrində pasportumu göstərəndə həmişə mühafizəçilərin üzündə təbəssüm görürəm”, deyə Xmelnitski sakini TSN.ua müxbirləri deyib.

O, həmçinin bildirib ki, müharibə başlayandan sonra nəzarət-buraxılış məntəqələrinin birində yoxlanılan zaman müfəttişlərdən biri qışqırıb: “Axır ki, Putin tutduq”.

Poliqon.info