Münhen Təhlükəsizlik Konfransı: Qərarlar Ukrayna müharibəsinə təsir edə bilər?

Bu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır...

Politoloq: “Münhen Təhlükəsizlik Konfransında iştirak etməyən ölkə dünya təhlükəsizliyini təhdid edən ölkələr kateqoriyasına aid edilir”.

“MTK-da Ukrayna müharibəsi ilə əlaqəli ciddi diskussiyaların olacağı şübhə doğurmur”.

Bu sözləri politoloq Azər Qasımov bu gün işə başlayacaq Münhen Təhlükəsizlik Konfransını Poliqon.info-ya şərh edərkən qeyd edib.

Bu gün 59-cu Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır. Ukraynadakı müharibə fonunda və Avropada sülhün ciddi təhdid altında olduğu indiki dönəmdə konfransın işini necə dəyərləndirmək olar? Konfransda qəbul edilən qərarlar bu və ya digər şəkildə Ukrayna müharibəsinə təsir edə bilər?

Münhen Təhlükəsizlik Konfransını Poliqon.info-un əməkdaşı siyasi şərhçi Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiyanın dünya təhlükəsizliyini təhlükəyə atdığı bir dövrdə alınacaq qərarların dünyanı daha da təhlükəyə atmamaq məqsədi daşıyacağı şübhə doğurmur”.

Getdikcə artan qarşıdurma fonunda Rusiya-Ukrayna və Qərbin nisbətən barışdırıcı mesajlar verməsinin gözlənildiyini proqnoz edən politoloq aşıqlamasında qeyd edib ki, böyük ehtimalla Münhen Təhlükəsizlik Konfransı iştirakçıları Rusiyanı pisləyən və ona qarşı olan qərarlar alacaqlar:

“Münhen Təhlükəsizlik Konfransının keçirilməsinin mahiyyətini dünya təhlükəsizliyinin qorunması üçün atılan və atılacaq addımların müzakirəsi, vacib qərarların alınması təşkil edir. Bu konfransda iştirak etməyən ölkə dünya təhlükəsizliyini təhdid edən ölkələr kateqoriyasına aid edilir. Həmin ölkələrə qarşı atılacaq addımlar qərarlaşdırılır. Dünya düzəninin qorunmasının prinsipləri barədə diskussiyalar aparılır. Ölkələr bu prinsipləri necə gördükləri barədə fikirlərini elan edib digər ölkələri xəbərdar edirlər.

MTK-da Ukrayna müharibəsi ilə əlaqəli ciddi diskussiyaların olacağı şübhə doğurmur. Rusiyanın dünya təhlükəsizliyini təhlükəyə atdığı bir dövrdə alınacaq qərarların dünyanı daha da təhlükəyə atmamaq məqsədi daşıyacağı şübhə doğurmur.

Getdikcə artan qarşıdurma fonunda Rusiya-Ukrayna və Qərbin nisbətən barışdırıcı mesajlar verməsini gözləyirik. Böyük ehtimalla Münhen Təhlükəsizlik Konfransı iştirakçıları Rusiyanı pisləyən və ona qarşı olan qərarlar alacaqlar”.

Nərminə UMUDLU Poliqon.info