Nuland: Ukrayna gələcəyin ordusunu əldə etməlidir ki, Rusiyanı cilovlaya bilsin…

Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland hesab edir ki, ABŞ Ukraynaya “gələcəyin silahlı qüvvələrinin” yaradılmasında kömək etməlidir...

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, Nuland Vaşinqton Karnegi analitik mərkəzində çıxış edərkən deyib. O, qeyd edib ki, Ukraynada güçlü ordunun qurulması zərurətinin münaqişə bitdikdən sonra da davam edəcək.

“Əgər ədalətli sülh əldə olunsa belə, Putinin gələcəkdə əldə edə biləcəyi hər hansı iştahının cilovlanması üçün gələcəyin uzunmüddətli planlaşdırılması və Ukrayna ordusunun qurulması lazımdır”, deyə Nuland bildirib.

Dövlət katibinin müavini izah edib ki, bu məqsədə çatmaq üçün Ukraynaya inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemi, yüksək keyfiyyətli sərhəd qüvvələri və öz dəniz sularında patrul etmək imkanı lazımdır. Nuland ABŞ-ın Putinin strateji məğlubiyyətini görmək istədiyini də vurğulayıb.

Poliqon.info