ABŞ-da 14 yaşlı qızı maşında zorlayan keşiş məhkum edilib…

Corciya ştatında (ABŞ) keşiş 14 yaşlı qızı öz avtomobilinə mindirib ona cinsi təcavüz etdiyinə görə 45 il müddətinə azadlıqdan məhrum edilib…

Poliqon xarici mıtbuata əsasən xəbər verir ki, bu barədə ABŞ-ın WSB-TV telekanalı Meykon məhkəmə dairəsinin prokuroru Anita R. Hovarda istinadən verdiyi məlumat yayıb.

Prokurornun sözlərinə görə, hadisə 2021-ci ilin sentyabrında, qız məktəbdən qayıdarkən baş verib. Donald Uilyams avtomobilini saxlayıb, qıza onun pastor olduğunu söyləyib və onu evə aparmağı təklif edib.

Qızı maşın aldıqdan sonra keşiş azyaşlını tənha yerə apararaq ona təcavüz edib və bundan sonra dua etməyə gedib və həmin vaxt qurban onun avtomobilində qalıb. Keşiş bir neçə saatdan sonra teniyetmə qızı evlərinə buraxıb.

Məhkəmə 33 yaşlı kişiyə 45 il həbs cəzası verib, bu müddətin ən azı 20 ilini həbsxanada keçirməlidir.

Poliqon.info