YouTube şəbəkəsənin baş direktoru şirkəti tərk edib

YouTube-un baş direktoru Suzan Voyçitski vəzifəsini tərk edir…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bu barədə bir neçə mənbə məlumat verir.

Qeyd edək ki, son on il ərzində Voyçitski dünyanın ən böyük sosial şəbəkələrindən birinin rəhbəri olub. Məhz onun rəhbərliyi altında YouTube populyarlığının maksimum səviyyəsinə çatıb.

Xatırladaq ki, Voyçitski 1998-ci ildə qarajını Peyc və Brinə icarəyə verib Bir il sonra o, Google-un 16-cı əməkdaşı olub. O, 25 ilə yaxındır ki, şirkətdə işləyir. YouTube-u satın almaq da məhz Voyçitskinin fikri olub.

İndi CEO-nun yerini uzun müddət Voyçitskinin köməkçisi olmuş Neil Mohan tutacaq.

Poliqon.info