Messinin atası oğlunun Barselonaya qayıtmayacağını deyib

“Pari Sent-Jerman”ın hücumçusu Lionel Messinin atası Xorxe Messi oğlunun “Barselona”ya qayıtmayacağını bildirib.

Polqon.info xəbər verir ki, Xorxe Messi söylədiklərini Sport.es resursu yayıb.

“Leonun “Barselona”ya dönəcəyini düşünmürəm. Belə bir ehtimalın olması ehtimalı azdır. Biz prezident Joan Laporta ilə əlaqə saxlamamışıq və heç bir təklif almamışıq”, deyə Xorxe Messi bildirib.

Qeyd edək ki, Messi 2021-ci ilin yay transfer pəncərəsində “Barselona”dan PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır. Bu mövsüm hücumçu Fransa çempionatının 18 oyununda on qol vurub və on məhsuldar ötürmə edib.

Poliqon.info