Aydan Ay - "Kaş Tanrı tətiyiçəkə..."

***...gördüm bir gecə...bir gecəqısılıb qoca əsasına,deyinir: - kaş bu əsadanqaranlığım düşə...sına.

Gördüm bir gecə...bir gecə -qapqara...soyuq...incə!Keçdiyim yola oxşayır...Kaş bir də, bir də keçəm!..

Gördüm bir gecə...bir gecə...O məni gördümü?..görmədi!Nə gözündən yaş axmadı,nə də ki heç sevinmədi...

Gördüm bir gecə...bir gecə -yatmışam, gözümü oyur...Nə məni yerdə itirir,nə göy üzün yeyib doyur...

Gördüm bir gecə...bir gecə...Əvvələ-axıra oxşamır!..Halına ağlama, ağlama,dönüb baxana oxşamır...

Gördüm bir gecə...bir gecə...Dibi görünməyən quyuydu.O məni görmürdü, görmürdü...Görmürdü eyyy...koruydu!

Gördüm bir gecə...bir gecə...Küsür - məndən göründükcə!Deyinir:- kaş Tanrı tətiyiçəkə...göylərdən köçəm.

Gördüm bir gecə...bir gecə -elə bir gecəki...

Aydan Ay

Poliqon.info