Belarus Ukrayna müharibəsinə nə zaman qoşula bilər?..

Lukaşenka Belarusun Ukraynadakı münaqişəyə girməsinin şərtlərini açıqlayıb…
“Minsk Ukraynada münaqişəyə yalnız Belarusa təcavüz edilərsə girəcək”.

Poliqon.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko öıləsinin Rusiya tərəfindən Ukraynada münaqişəyə girə biləcəyi şərtlərdən danışarkən deyib. Bu barədə BelTA məlumat yayıb.

Lukaşenkonun sözlərinə görə, Minsk yalnız Belarusa qarşı aqressiya göstəriləcəyi təqdirdə Moskva ilə birlikdə Ukraynada münaqişəyə girməyə hazır olacaq.

“Əgər Ukraynadan heç olmasa bir əsgər xalqımı öldürmək üçün Belarus ərazisinə girsə, o zaman biz müharibəyə girəcəyik.Onlar Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq”, deyə Belarus prezidenti bildirib.

Lukaşenko ancaq bu halda müharibənin tamam başqa xarakter alacağını vurğulayaraq, əlavə edib ki, onun sözləri digər qonşulara da aidddir.

Poliqon.info